Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə təyyarəsi Bişkəkdə qəzaya uğradı - 32 nəfər ölüb - YENİLƏNİB-2

Tarix: 16-01-2017 09:27     Baxış: 3288 A- / A+
Türkiyə təyyarəsi Bişkəkdə qəzaya uğradı

“Türk Hava Yolları”na məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 32 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan baş nazirinin müavini Muhammedkalıy Abulqazıyev bildirib. Ölənlərdən 4 nəfər ekipaj üzvüdür. Onların kimliyi müəyyənləşdirilib. 28 nəfərinsə yerli sakin olduğunu bildirilir.

***
08:53

Qırğızıstanda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30-u keçib.

APA-nın məlumatına görə, Qırğızıstan Səhiyyə Nazirliyindən RİA “Novosti” agentliyinə bildirilib ki, hadisə yerindən 8 nəfər xəstəxanaya aparılıb. Onlardan 6-sı uşaqdır. Nazirlikdən onu da bildiriblər ki, ölən və xəsarət alanların sayı barədə açıqlanan rəqəm son deyil, dəyişə bilər.

“Türk Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 747” yük təyyarəsi bu gün səhər Honkonq-Bişkek reysini yerinə yetirərkən qəzaya uğrayıb. Qırğızıstan FHN-in məlumatına görə, təyyarə Bişkek aeroportu yaxınlığında bağ evləri yerləşən qəsəbədə qəzaya düşüb.

Ölənlər arasında yerli sakinlər və ekipaj üzvləri var.

***
saat 07.33

Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 16 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, qəza təyyarə eniş edərkən baş berib.

İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. “Boeing 747” təyyarəsinin Honkonq-Bişkək marşrutu üzrə uçduğu bildirilir.

***

07:20

Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Manas” hava limanının mətbuat xidməti məlumat verib.

Təyyarənin göyərtəsində olanların taleyi barədə hələ ki, məlumat yoxdur. İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. Hadisə yerində yanğın başlayıb. Qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.

***

Bu gün Bakı vaxtı ilə saat 5:31-də Qırğızıstan paytaxtı Bişkəkdə yerləşən “Manas” hava limanına eniş etməyə hazırlaşan Türkiyəyə məxsus yük təyyarəsi qəzaya uğrayıb.

Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, təyyarə əlverişsiz hava şərtləri üzündən hava limanının yaxınlığında yerləşən bağ massivindəki evlərin üstünə düşüb. Hadisə yerində təyyarənin və iki bağ evinin yandığı bildirilir.

“Türk Hava Yolları” aviaşirkətinə məxsus yük təyyarəsinin yaşayış evlərinin üstünə düşməsi nəticəsində azı 16 nəfərin öldüyü bildirilir.

Təyyarə Honkonqdan havaya qalxıb və Bişkək hava limanına az qalmış qəzaya uğrayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar