Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

AMEA-nın Birinci xüsusi şöbəsinin rəisi dünyasını dəyişib

Tarix: 07-07-2020 15:06     Baxış: 4233 A- / A+
AMEA-nın Birinci xüsusi şöbəsinin rəisi dünyasını dəyişib


Uzun illər AMEA-nın Rəyasət Heyətinin Birinci xüsusi şöbəsinin rəisi və "Alyans” Veteranlar Birliyinin üzvü olmuş, arxa cəbhə veteranı, polkovnik-leytenant Cabbar Bəylərov iyulun 6-da 93 yaşında vəfat edib.

Cabbar İsa oğlu Bəylərov 1927-ci il sentyabrın 3-də Ağdam şəhərində anadan olmuşdur. O, 1945-1950-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil almışdır.

Polkovnik-leytenant C.Bəylərov Azərbaycan Dövlət Təhlükəsizliyi orqanlarında 37 il məsuliyyətlə çalışmışdır. Təhlükəsizlik orqanları sıralarında fəaliyyət göstərdiyi zaman Azərbaycan Respublikasının milli təhlükəsizliyinin qorunmasında misilsiz əməyi olmuşdur.

O, 1987-ci ilin iyun ayından 2016-cı ilin noyabrın 7-dək, 30 ilə yaxın müddətdə AMEA-da fəaliyyət göstərmişdir. Bu illər ərzində dövlət sirrinin, eləcə də AMEA-da qapalı elmi işlərin, məxfi sənədlərin qorunmasında böyük xidmətləri olmuş, peşəkar fəaliyyətinə görə bir neçə dəfə medal və Fəxri fərmana layiq görülmüşdür.

C.Bəylərov "Alyans” Veteranlar Birliyinin üzvü kimi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak etmiş, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oynamışdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar