Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda sağlam şəxsə koronavirus xəstəsi olması barədə SMS gəldi - Şəkil

Tarix: 27-06-2020 22:52     Baxış: 4251 A- / A+
Azərbaycanda sağlam şəxsə koronavirus xəstəsi olması barədə SMS gəldi - Şəkil

Azərbaycanda koronavirusa yoluxma şübhəsi ilə test verməyən şəxsə evdə təcrid olunmasının mütləqliyi ilə bağlı SMS göndərilib.

Manevr.az xəbər verir ki, bununla bağlı Fəxri Ağayev adlı şəxs sosial şəbəkəsində paylaşım edib.

Həmin şəxs Nazirlər Kabineti yanında Operativ Qərargahdan nömrəsinə mesaj gəldiyini bildirib.

“Hörmətli vətəndaş, Siz, COVID-19 diaqnozu ilə karantin nəzarətindəsiniz. Yaşayış yerinizi tərk etdiyiniz halda cinayət məsuliyyətinə cəlb ediləcəksiniz! Tel : 184.

Test verməmişəm, buna ehtiyac da görməmişəm. Zəng etdim 184-ə və 2 dəqiqə ərzində həzin musiqi dinlədim. Təsəvvür edin belə bir mesaj alan insanın səbirsizliyini, gərginliyini, və 2 dəqiqə uvertura. Operativ olduqlarına görə 2 dəqiqə sonra cavab oldu. Cavan oğlana məsələni başa saldım. Qeydiyyatda olduğum rayonu soruşdu və oradakı poliklinikaya məni yönləndirdi.

Telefondakı xanım dinlədi, və niyə belə bir halın və necə baş verdiyini soruşdu. Dedim ki, mən sizdən niyə belə olduğunu soruşmaq üçün zəng etmişəm. Dedi ki, adınız siyahıda yoxdur. Kim mesajı göndərib, ona deyin. Səhv olduğunu anladım. İndi təsəvvür edin ki, mən deyiləm, 65 yaşlı test verən insandır və həmin an infarkt olsa, insult keçirsə...”- deyə paylaşımda qeyd olunub./yenisabah.az

Manevr.az
Azərbaycanda sağlam şəxsə koronavirus xəstəsi olması barədə SMS gəldi - Şəkil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar