Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda koronavirus testi neqativ çıxdı, pozitiv təqdim etdilər - ŞƏKİL

Tarix: 21-06-2020 11:37     Baxış: 4311 A- / A+
Bakıda koronavirus testi neqativ çıxdı, pozitiv təqdim etdilər - ŞƏKİL

Bakıda “Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik”də Covid-19 testindən keçən vətəndaş xoşagəlməz durumla qarşılaşıb.

Manevr.az xəbər verir ki, "qafqazinfo"-nun məlumatına görə, Sadıq-zadə Mirzə Zeynal oğlu sözügedən tibb ocağında testdən keçib, onun nəticəsi neqativ çıxıb.

Lakin “Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə vətəndaşın test cavabını pozitiv kimi təqdim edib.

Bu barədə danışan M.Sadıq-zadə bildirib ki, ona yaxın olan şəxslərdən birinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb və bu səbəbdən narahat olduğu üçün özü də test etdirib:

“Testdən bir neçə gün öncə yüngül öskürək və 37,4-37,5 qızdırmam var idi. Təcili yardıma bildirsəydim, cavablar üç günə çıxacaqdı və əgər məndə pozitiv idisə, kimisə yoluxdura bilərdim. Bu səbəbdən “Referans”a yollandım ki, əmin olum. Çox şükür ki, cavab neqativ çıxdı. Və artıq test verməyə gedəndə məndə heç bir narahatlıq yox idi - nə öskürək qalmışdı, nə də qızdırma”.

Şikayətçi onu da bildirib ki, bundan öncə xüsusi karantin rejimi dövründə portalda iş üçün icazəsi olub:

“Bu gün baxdım ki, silinib. Yeni icazə götürmək istədiksə isə bildirildi ki, COVID-19-a yoluxmuş şəxs 21 gün sonra icazə götürə bilər. Laboratoriya mərkəzinin hansısa işini düzgün görməyən əməkdaşı mənim barəmdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yanlış məlumat verərək, nəticəmin pozitiv çıxdığını bildirib. Bu səbəbdən, dünəndən telefonuma gələn zənglər və mənim hər birinə göndərdiyim testin nəticələrinə inansalar da, adını qeyd etdiyim poliklinika öz səhvini düzəltmədi. Və mənim portalda olan iş icazəm ləğv olunub, adıçəkilən virusa “yoluxmağım” səbəbi ilə yeni icazə götürməyim mümkünsüzləşib.

Dünən “Referans”la əlaqə saxladım. Bildirdim ki, sizin məsuliyyətsizliyinizdir. Düzəldin səhvinizi. Dedilər ki, narahat olmayın. Sizdə cavab neqativdir. Kim dəqiqləşdirmək istəsə , bizim əlaqə nömrəmizi verin. Ancaq TƏBİB-ə verdikləri yanlış məlumatı düzəltmədilər. Bir saat öncə də TƏBİB-ə məlumat vermişəm. Dedilər ki, sizə məlumat veriləcək”.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, vətəndaş müraciət edibsə, araşdırılacaq.

Xatırladaq ki, M.Sadıq-zadə COVID-19 testi üçün klinikaya 100 manat ödəniş edib.

Manevr.az
Bakıda koronavirus testi neqativ çıxdı, pozitiv təqdim etdilər - ŞƏKİL
Bakıda koronavirus testi neqativ çıxdı, pozitiv təqdim etdilər - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar