Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Əri tərəfindən it damında zəncirlənən qadın barışıq ərizəsi yazdı

Tarix: 17-06-2020 22:07     Baxış: 3205 A- / A+
Əri tərəfindən it damında zəncirlənən qadın barışıq ərizəsi yazdı

Əri tərəfindən döyülən və it damında zəncirlənən qadın həyat yoldaşı ilə barışıb.

Bu barədə "Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova deyib.

"Əri tərəfindən zorakılıq və işgəncə görmüş, üzərinə qaynar su tökülərək yandırılmış, eləcə də zəncirə vurularaq işgəncə edilmiş qadın üçün biz bacardığımızı etdik. Onun üçün 21 saylı vəkil bürosundan pulsuz vəkil ayrıldı. AQUD komitəsi bu işi xüsusi nəzarətə götürdü və sığınacağın vəkili onun işi ilə bağlı hər gün polis və digər orqanlara gedərək işgəncə verənin layiqli cəzası üçün çalışdı. Qadın isə fikrindən daşınaraq bilmədiyimiz səbəblərdən ərizəsini geri götürmək qərarına gəlib, ərinin tutulmağını istəmədi”.

Mehriban Zeynalova qeyd edib ki, qadının bu qərarı verməsinə baxmayaraq, ailəsinin nəzarətdə saxlanmasını xahiş edib.

Qeyd edək ki, mayın 5-də Bakıda kişi həyat yoldaşına ağır işgəncələr verməsi ilə bağlı məlumat yayımlanıb. Məlumatda bildirilib ki, "Kişi arvadını it damında zəncirə vurub. Qadın gecəni səhərə kimi itin zəncirində bağlı qalıb. Əllərini bağlayıb döyüb, üstünə isti su töküb yandırıb”. azxebercom

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar