Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Arvadını 5-ci mərtəbədən atan Ramiz Taxveli barədə — QƏRAR VERİLDİ

Tarix: 03-06-2020 14:16     Baxış: 4293 A- / A+
Arvadını 5-ci mərtəbədən atan Ramiz Taxveli barədə — QƏRAR VERİLDİ


Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Manevr.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərarı elan olunub.

Qərara görə, R.Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb.

Ekspertizanın rəyinə görə, Ramiz Taxveli hadisəni törədən zaman anlaqsız olub.

İttihama görə, 2018-ci il dekabrın 9-da Nəsimi rayonu, R.Behbudov küçəsində yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub.

R.Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.

O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib və balkondan aşağı atıb.

Qətlə yetirilən Adelya Taxveli isə “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.

İstintaq orqanı tərəfindən Ramiz Taxvelinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar