Sizin Reklam Burada
Xəbər lenti
30 may
29 may
BÜTÜN XƏBƏRLƏR

“Eurohome” niyə yanıb? - General açıqladı

Tarix: 12-05-2020 21:48     Baxış: 342 A- / A+
“Eurohome” niyə yanıb? - General açıqladı

"Dünən Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələrinin idarəetmə mərkəzinə "Eurohome" tikinti materialları bazarında yanğının baş verməsi haqqında məlumat 22:52-də daxil olub. Dərhal Xidmətin çıxış cədvəlinə uyğun olaraq hadisə yerinə aidiyyəti hissə və bölmələrdən yanğın texnikası şəxsi heyətlə birlikdə göndərilib. İlkin yanğın bölmələri 6 dəqiqədən sonra artıq hadisə yerində olub. Bir dəqiqədən sonra isə obyektin xüsusiyyətlərini və yanğının qısa müddətdə geniş ərazini əhatə etdiyini nəzərə alaraq yüksək saylı çağırış elan edilib".

Manevr.az xəbər verir ki, bu fikirləri apa-ya müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov bildirib.

Füzuli Əsədov qeyd edib ki, yanğının söndürülməsi üçün Bakı və Sumqayıt qarnizonlarından əlavə olaraq yanğın yerinə müxtəlif hissələrdən yanğın texnikası və əlavə canlı qüvvə göndərilib: "İlkin olaraq yanğının yayılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Bunun üçün hadisə yerində 5 döyüş zonası yaradılaraq bütünlükdə yanğının söndürülməsinə 26 yanğın lüləsi verilib. Yanğının həcmini nəzərə alaraq deyə bilərəm ki, görülən tədbirlər nəticəsində qısa müddətdə 00:30 dəqiqədə artıq yanğının yayılmasının qarşısı alınıb və yanğın məhdudlaşdırılıb.

Eyni zamanda bununla paralel olaraq Nazirliyin digər xidmətləri, yəni Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti tərəfindən yanğına məruz qalmayan, yaxud az məruz qalan hissələrdə insan həyatı üçün təhlükəli olmayan sahələrdə obyekt sahiblərinin əmlakının çıxarılması, təhlükəsiz zonaya daşınması prosesi həyata keçirilib. Görülən tədbirlər nəticəsində 01:30-da yanğın tam söndürülüb.

Bütövlükdə yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 yanğın texnikası, 146 nəfər şəxsi heyəti cəlb edilib. Yanğının baş vermə səbəblərinə gəldikdə isə dünəndən bizim Nazirliyin istintaq idarəsinin əməkdaşları, eyni zamanda Xidmətin yanğınların təhqiqatı və sınaq laboratoriyasının əməkdaşları hadisə yerində işləyirlər. Yəqin ki, qısa müddətdə yanğının hansı səbəblərdən baş verməsi müəyyən ediləcək".

Xidmət rəisi qeyd edib ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməyib: "Bildiyiniz kimi, həmin obyektdə ötən ilin dekabrın 10-da yanğın hadisəsi baş vermişdi. Yanğından əvvəl və sonra Dövlət Yanğına Nəzarət Xidməti və bizim Xidmətin əməkdaşları tərəfindən oraya bir daha baxış keçirilib. Bir neçə dəfə yanğın-texniki müayinələr keçirilib və obyekt sahibinə orada olan nöqsanlar, çatışmazlıqlarla bağlı həm yazılı, həm də şifahi xəbərdarlıq edilib, göstərişlər verilib. Amma müəyyən müddət keçməsinə baxmayaraq, orada olan çatışmazlıqlar aradan qaldırılmadı və yenidən yanğınla nəticələndi.

Orada olan çatışmazlıqlar əsas etibarilə ticarət obyektin konstruksiyalarının tez alışan materiallardan ibarət olması, müxtəlif təyinatlı malların bir yerə, pərakəndə şəkildə yığılması, çox böyük sahəni əhatə edən bazara yanğın texnikasının yaxınlaşması üçün yalnız bir girişin olması, obyektin yanğına qarşı su təchizatının çox aşağı səviyyədə olması və digər amillər mövcuddur. Amma dediyim kimi, bu nöqsanlar hələ də aradan qaldırılmamışdı. Bunlar birbaşa obyekt sahibinin məsuliyyətidir. Dekabrda orada yanğın baş verdikdən sonra orada yenə də təmir-quraşdırma işlərinə başlanıldı. Amma bunların heç biri bizim Nazirliyin aidiyyəti qurumları ilə razılaşdırılmadı və razılaşdırılmadan da həyata keçirildi. O obyektlər bizim Xidmətlər tərəfindən istismara qəbul edilməyib".

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar