Sizin Reklam Burada
Xəbər lenti
30 may
29 may
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Əməkdar artisti və ailəsi koronavirusa yoluxdu

Tarix: 12-05-2020 11:57     Baxış: 456 A- / A+
Azərbaycanın Əməkdar artisti və ailəsi koronavirusa yoluxdu

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Şəfəq Əliyeva koronavirusa yoluxub. Həm də ailəlikcə. Aktrisa sağalsa da, hələ karantindədir.

Manevr.az xəbər verir ki, bu barədə lent.az-a aktrisa özü məlumat verib.

Deyib ki, həyat yoldaşı, Xalq artisti Rafiq Əliyevin dəfnindən evə qayıdan kimi ailəlikcə hamısının qızdırması qalxıb: "Necə hallara düşdüksə, Rafiqi unutduq, qaldıq öz hayımıza. Onsuz da yas vermək olmazdı, başımıza gələnlərdən sonra heç o barədə düşünə də bilmədik. Mən, oğlum, qızım, iki nəvəm, baldızlarım, hamımız müxtəlif klinikalarda koronavirusdan müalicəyə yatırıldıq”.

Şəfəq Əliyeva ailədə xəstəliyi ən ağır keçirən olub. Oğlu, nəvələri ondan əvvəl sağalıblar, xəstəliyi yüngül keçiriblər. Qızı ilə Şəfəq xanım Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında eyni palatada müalicə alıblar. 18 gündən sonra yaxşılaşan aktrisa evə yazılıb. Bu günlərdə isə qızı evə buraxılacaq. İki həftə də evdə karantində olmalıdırlar.

Aktrisa lent.az vasitəsi ilə onun fikirlərini əhaliyə çatdırmağımızı istədi: "Çoxları bu virusa inanmır, müxtəlif sözlər deyirlər. Mən bunu yaşadım, ailəlikcə yaşadıq. Klinikalar xəstələrlə doludur. Mən nəfəs aparatına qoşulmuşdum. Sağ olsunlar, həkimlərimizə çox minnətdaram, yaşamağım üçün mübarizə apardılar.

Harada, necə yoluxduq, bilmirəm, biz karantində idik evdə, qorunurduq. İki ay idi Rafiqin yastığının kənarında oturmuşdum. Rafiq onkoloji xəstəlikdən əziyyət çəkirdi. Sağ olsun hökumətimiz, iki dəfə İstanbulda müalicə aldı, əməliyyat olundu, ömrü bir az uzandı, sonunda onu itirdik. Dediklərimi yazın ki, hamı bilsin, maariflənsin bu xəstəliklə bağlı, özlərini, əzizlərini qorusunlar. Bu virusla zarafat etmək olmaz, ciddi məsələdir. 18 gün ölümlə üzbəüz oldum. Karantin bitən kimi çıxıb efirlərə bu barədə danışacam ki, heç kim mən yaşayanı yaşanasın".

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar