Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Müəmmalı şəkildə ölən 35 yaşlı generalımız - 8 fakt

Tarix: 09-05-2020 15:35     Baxış: 4187 A- / A+
Müəmmalı şəkildə ölən 35 yaşlı generalımız - 8 fakt

Bu gün Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümüdür.

Manevr.az 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanovla bağlı 8 faktı təqdim edir:

1. Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub. 1923-cü ildə atası Əhəd kişi Kərbəla ziyarətində olarkən həlak olub və orada da dəfn edilib. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə işləyib.

2. Həzi Aslanov ibtidai təhsilini 1 saylı orta məktəbdə alıb. 1924-30-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına III Bessarabiya süvari diviziyasında tağım komandiri təyin olunub.

3. 1941-ci ilin dekabrında mayor Aslanov Moskva yaxınlığındakı tarixi döyüşdə iştirak edir. Mojaysk tərəfdə döyüşən sovet atıcı bölmələrindən biri mühasirəyə düşür və bu atıcı bölməni mühasirədən azad etmək üçün mayor Aslanova əmr verilir. Güclü döyüş taktikası ilə Aslanov mühasirə yaradan alman ordusunun top və pulemyot atəş nöqtələrini məhv etməyi bacarır. Bu əməliyyat zamanı Aslanovun olduğu tankın sürücü-mexaniki ağır yaralanır və Aslanov tankı özü idarə edərək tağımlara komandanlığı davam etdirir. Mühasirədən 40-dan artıq döyüş avtomobili və yüzlərlə şəxsi heyət azad olunur. Həzi Aslanov Moskva ətrafında gedən döyüşlərdəki qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülür.

4. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzi Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirirlər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edir. Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərir. Düşmənin 30 əks-hücumunu dəf edir, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarılır. Bu döyüşdə göstərdiyi şücaətə görə polkovnik-leytenant H.Aslanov 22 dekabr 1942-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

5. Həzi Aslanov 24 yanvar 1945-ci ildə Mitava şəhəri yaxınlığında müəmmalı şəraitdə həlak olur. Həmin gün Həzi Aslanov zabitlərin müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman qəflətən onun durduğu yerdə ardıcıl olaraq mina partlayır. Yaralanmış generalı həkim-sanitar rotasına gətirirlər. Hadisənin şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor Georgi Beqişvili qeyd edir ki, gətirilən zaman Həzi Aslanov huşsuz olub. O, sağ böyrək ətrafından ağır zədə almışdı. Çoxlu qan itirən generala Beqişvili donorluq edir və onun qanını Həzi Aslanova köçürürlər. Sonra Aslanovu təcili olaraq Moskvaya aparmaq əmri gəlir. Həzi Aslanov Beqişvilidən xahiş edir ki, onunla Moskvaya gəlsin. “Mənə təcili olaraq hazırlaşmaq əmri verildi. Amma bir neçə dəqiqədən sonra bildirdilər ki, generalla mən getməyəcəyəm. Həzi Aslanovu müşaiyət etmək üçün xüsusi həkim qrupu təyin edilib. Mən generalla sağollaşdım və briqadaya qayıtdım. 3 saatdan sonra bizə bildirdilər ki, Həzi Aslanov keçinib", - deyə Beqişvili qeyd edir.

Şahidlər qeyd edirlər ki, Həzi Aslanovun olduğu yer döyüş əməliyyatlarından xeyli uzaq olub. Minanın orada hansı şəraitdə partlaması indiyə qədər aydınlaşmayıb.

6. Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunub.

1944-cü ildə general-mayor H.Aslanov Belarus cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib.

7. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

8. Bakıdakı qəbri üzərində qəhrəmanın abidəsi ucaldılıb. 1969-cu ildə Həzi Alanovun doğulduğu Lənkəran şəhərində ev-muzeyi açılıb, 1983-cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində böyük heykəli qoyulub.

Bakının Xətai rayonunda qəsəbə, 59 saylı orta məktəb və Bakı metrostansiyalarından biri Həzi Aslanovun adını daşıyır.kult.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar