Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qeyri-adi oğurluq olub :Cəlilabada

Tarix: 17-08-2016 10:59     Baxış: 4394 A- / A+
Qeyri-adi oğurluq olub

Cəlilabad rayonunda oğuluq hadisəsi baş verib. Məlumata görə, hadisə gecə saatlarında rayonun Göytəpə şəhəri, Vüqar Mürsəlov küçəsinin sakini Ələsgər Hüseynova məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.


Naməlum şəxs və ya şəxslər evin həyətindəki nərdivanı ikinci mərtəbənin pəncərəsinə söykəyərək, oradan otağa daxil olublar. Onlar evdə olan sandığı sökərək içindəki 9 min ABŞ dollarını və 13 min manatı götürüb özləri ilə aparıblar.

Məlumata görə, oğurluq baş verən zaman ev sahibinin oğlu Anar Hüseynov otaqda yatıbmış.

Ailə üzvləri oğurluğun planlı şəkildə həyata keçirildiyini, qabaqcadan onlara yuxu dərmanı verildiyini və ya mənzilə qaz buraxıldığını deyiblər.

O da bildirilib ki, oğrular sandıqdakı 6-7 min manat dəyərində olan qızıl-zinət əşyalarına toxunmayıblar.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsi məlumatlandırılıb. Polis əməkdaşları hadisə yerinə gələrək, istintaq üçün zəruri barmaq izlərini götürüblər.

Hazırda oğruların yaxalanması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri görülür.apa.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar