Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı iş adamı Almaniyada saxlanılıb

Tarix: 04-05-2020 13:30     Baxış: 3200 A- / A+
Azərbaycanlı iş adamı Almaniyada saxlanılıb


Hazırda Rusiya vətəndaşıdır

Almaniyada meşə təsərrüfatına ziyan verməkdə ittiham olunan azərbaycanlı iş adamı polis tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

Manevr.az istiPress-in məlumatına görə bildirir ki, Reynland-Pfalts Daxili İşlər Nazirliyindən bildirilib ki, saxlanılan 42 yaşlı Azərbaycan əsilli, Rusiya vətəndaşı Afiq Qəhrəmanov 2006-ci ildə qeydiyyatı ləğv edilən “Run” tikinti şirkətinin rəhbəri olub.

O, Koblenz şəhərində mənzil tikintisi üçün icazə verilən torpaq sahəsinin planından kənara çıxaraq əlavə iki sot ərazidəki ağacları kəsməkdə ittiham olunur.

Meşə ərazisində əməliyyat keçirən Koblenz şəhər Polis Təşkilatının əməkdaşları ağacların kəsilməsini dayandırıblar. İşçilər və istifadə etdikləri texnikalar ərazidən uzaqlaşdırılıb.

A.Qəhrəmanovu Koblenz şəhərindəki yaşadığı ünvanda tapa bilməyən polis əməkdaşları onun barəsində axtarış elan ediblər.

Azərbaycanlı iş adamı Almaniyadan Hollandiyaya keçən zaman polis postunun yoxlaması zamanı saxlanılıb.

Koblenz Şəhər İdarə Məhkəməsində hakim qarşısına çıxarılan A.Qəhrəmanov barəsində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Koblenz şəhər Prokurorluğunda ibtidai istintaq davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar