Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Arvadını bacanağına qısqandı, güllə ilə gözündən vurdu

Tarix: 24-04-2020 05:57     Baxış: 3224 A- / A+
Arvadını bacanağına qısqandı, güllə ilə gözündən vurdu

Bacanağını revolver ilə gözündən ataraq qətlə yetirən Kamran Tərlan oğlu Mahmudovun məhkəməsi başlayır.

Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilən K. Mahmudovun məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2019-cu il dekabrın 27-si səhər saatlarında Bakının Xətai rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.

Belə ki, səhər saat 08:00 radələrində Səməd bəy Mehmandarov küçəsində, 74 nömrəli binanın yaxınlığında 45 yaşlı paytaxt sakini Cəfərov Xəyal Aydın oğlu öldürülüb.

Faktla bağlı X.Cəfərovun bacanaqları Mahmudov Kamran Tərlan oğlu və Eminov Nazim Rəşid oğlu saxlanılıb.

Əldə edilən məlumata görə, X.Cəfərovu K.Mahmudov güllə ilə gözündən vurub.

Cinayət silahı kustar üsulla hazırlanan 8 mm kalibrli revolver olub. X.Cəfərov uşağını məktəbə aparandan sonra ona hücum olunub.

Bildirilir ki, K.Mahmudov arvadını bacanağına qısqanıb və onunla məsələni həll etməyə gələndə, mənəvi dəstək üçün N.Eminovu da özü ilə gətirib. yeni sabah

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar