Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Direktorun ona tələ quraraq işdən çıxardığını iddia edən kitabxana müdiri ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 23-04-2020 21:14     Baxış: 4234 A- / A+
Direktorun ona tələ quraraq işdən çıxardığını iddia edən kitabxana müdiri ilə bağlı RƏSMİ AÇIQLAMA

Təranə Mahmudovanın 27 il kitabxana müdiri vəzifəsində işlədiyi Bakı şəhər Yasaml rayonunda yerləşən 286 saylı orta məktəbdən, təhsil müəssisənin direktoru Samir Mehdizadə tərəfindən haqsız yerə çıxarıldığını iddia etməsi barədə xəbə verilib.

Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil idarəsindən yeniavaz.com-a açıqlama verilib. Bildirilib ki, T. Mahmudovanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin səbəbi budur: “Bakı şəhəri 286 nömrəli məktəbin kitabxana fondunun inventarizasiyası zamanı 1779,31 manat dəyərində dərs vəsaiti olan kitabların əskik gəlməsi faktı aşkarlanmışdır. Faktla əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan çatışmazlıq məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızının kitabxananın işinin təşkili, kitabların uçotunun aparılması, saxlanması və qorunması ilə bağlı nöqsanlara yol verərək, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini keyfiyyətsiz yerinə yetirməsi nəticəsində yaranmışdır.
Bununla əlaqədar, Bakı şəhəri 286 nömrəli tam orta məktəbin 05 mart 2018-ci il tarixli əmri əsasında məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir”.
Qeyd olunub ki, Təranə Mahmudova işə bərpa tələbi ilə məhkəməyə müraciət etsə də, onun iddiası təmin edilməyib: “Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2018-ci il tarixli, 2(004)-4015/2018 saylı, Bakı Apelyasiya Məhkəməsinin 26.09.2018-ci il tarixli, 2(103)-8249/2018 saylı qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.02.2019-cu il tarixli, 2(102)-959/19 saylı qərarı mövcuddur”.
Bakı şəhəri üzrə Təhsil idarəsindən verilən məlumata görə T. Mahmudovanın bu məsələ ilə bağlı ünvanladığı müraciətlərə dəfələrlə aydın və əhatəli cavablar verilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar