Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qan puluna görə bacı-qardaşlar arasında dava

Tarix: 18-04-2020 06:50     Baxış: 3262 A- / A+
Qan puluna görə bacı-qardaşlar arasında dava

Tərtər sakini Ramiz Cuquyev 1994-cü ilin iyununda Qarabağ döyüşlərində şəhid olub.

Ötən il dövlət şəhid ailələrinə 11 min manat birdəfəlik ödəmə eləyəndə bu məbləğ R.Cuquyevin yaxınlarına da verilib. El arasında “qan pulu” adlanan həmin 11 min manata görə şəhidin bacı-qardaşları arasında dava düşüb. Onlar hətta məhkəməlik olublar.

Bu barədə məlumat verən mənbə deyir ki, Cuquyevlər ailəsi Tərtər rayonunun Sarov kəndindəndir. Şəhidin valideynlərinin hər ikisi vəfat edib. 11 min manat qardaşı Siyavuş Cuquyevə ödənilib. Digər bacı-qardaşlar həmin pulun aralarında bölüşdürülməsini istəsələr də, Siyavuş Cuquyev razılaşmayıb. Ona görə də 4 bacısı və 4 qardaşı onu məhkəməyə verib.

Tərtər rayon Məhkəməsi Siyavuş Cuquyevdən 8800 manatın alınıb, 8 iddiaçının hər birinə 1100 manat ödənilməsi barədə qərar çıxarıb. Cavabdeh qardaş bu qərardan narazı qalaraq, apellyasiya şikayəti verib. O, məhkəmədə deyib ki, bütün bacı-qardaşları onun vərəsəlik şəhadətnaməsini almasına razılıq verib, aldığı puldan da pay istəməyiblər. O da əlindəki pulu qardaşı Rasim Cuquyevə borc verib. Bilsəydi ki, bacı-qardaşları sonradan pulu tələb edəcəklər, borc verməzdi. Hazırda isə tələb olunan pul yoxdur.

Rasim Cuquyev isə qardaşının dediklərilə razılaşmır. Bildirir ki, ondan borc pul almayıb. Onun sözlərinə görə, Siyavuş Cuquyev 11 min manatı alıb, bacı-qardaşlar arasında bölməliydi. Onlar da bu şifahi razılaşma ilə notarial qaydada ərizə veriblər. Həmin ərizə əsasında pulu Siyavuş Cuquyev alıb: “Lakin o, bizi aldatdı. Pulu istəyəndə müxtəlif bəhanələrlə vermədi. Qardaşımız Ramiz şəhid olub və onun qan pulu bütün vərəsələr arasında bərabər paylarla bölünməlidir”.

Onu da qeyd edək ki, qardaşlardan biri Mürşüd Cuquyev bu işə Tərtər rayon Məhkəməsində baxılanda öz payından imtina edib, ona düşən 1100 manatı qardaşına verib. Digər 8 nəfər isə pulunu tələb edib.

Apellyasiya Məhkəməsi də Siyavuş Cuquyevin şikayətini təmin etməyib, onun 8 bacı-qardaşın hər birinə 1100 manat ödəməsi barədə Tərtər rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar