Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
14-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda icra hakimiyyətinin rəsmisi saxta icazə kağızı satır - ŞOK İDDİA

Tarix: 16-04-2020 20:23     Baxış: 4195 A- / A+
Azərbaycanda icra hakimiyyətinin rəsmisi saxta icazə kağızı satır - ŞOK İDDİA

Göyçay rayon icra hakimiyyətinin rəsmisi haqda ilginc məlumat yayılıb.

Manevr.az xəbər verir ki, rayondakı mənbələrdən sfera.az-a sızan məlumatlarda Göyçay RİH-nin inzibati ərazi idarəetmə şöbəsinin müdiri Yusif Cəbrayılovun ayrı-ayrı vətəndaşlara saxta icazə sənədi satdığı iddia olunur.

Daxil olan məlumatlarda o da bildirilir ki, hərəsi 100-200 manat aralığında başa gələn həmin icazə kağızları aidiyyatı olmayan şəxslərə guya kənd təsərrüfatı ilə məşğul olduqlarına görə verilir. Elə bunun nəticəsidir ki, respublikamızın digər rayon və şəhərlərindən fərqli olaraq karantin rejiminə rəğmən Göyçayda çoxsaylı insanların küçədə dolaşdıqlarına şahidlik etmək olur.

Məlumat üçün bildirək ki, bu günə qədər vətəndaşlara saxta icazə vərəqələri satdığına görə bir sıra şirkət və media qurumlarının təmsilçiləri həbs olunublar. Amma çox maraqlıdır ki, indi bu kimi yolverilməz alqı-satqıda Göyçay RİH rəsmisinin adı hallanır. Bütün bunlardan Göyçay RİH başçısı Mehdi Səlimzadənin xəbərsiz olması isə inandırıcı görünmür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar