Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda toyuq oğurlayan erməni qardaşlar tutuldu

Tarix: 14-04-2020 13:47     Baxış: 3192 A- / A+
Bakıda toyuq oğurlayan erməni qardaşlar tutuldu

Bakı şəhəri, Suraxanı rayonu 31-ci Polis Bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində ev quşlarının oğurluğu ilə məşğul olan qardaşları saxlayıblar.
Manevr.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, aprelin 9-na keçən gecə Yeni Suraxanı qəsəbəsində baş verən digər oğurluq hadisəsi zamanı 1966-cı il təvəllüdlü Rövşən Cəfərov və 1971-ci il təvəllüdlü Elçin Danilyan cinayət başında yaxalanıblar. Onlar 3-cü Köndələn küçəsində yaşayan Könül Əhmədovanın evinin həyətindən 220 manat dəyərində 8 toyuq və iki ördək oğurlayıblar.

İlkin araşdırma zamanı məlum olub ki, aprelin 8-də saat 8:00 radələrində həmin küçədə yaşayan Firdovsi Həsənovun həyətindən də altı toyuq oğurlanıb.

Hər iki qardaşın əvvəllər də narkotik maddə oğurlamaq və saxlamaqda ittiham olunduğu müəyyən edilib. Bundan əlavə, onların narkotik maddə istifadə etdikləri məlum olub.

Qardaşların bundan başqa cinayət hadisələri törətdiyi də məlum olub. Bu günə qədər onların 31 dekabr 2019-cu il, həmçinin 23 və 27 yanvar 2020-ci il tarixlərində Bakıda baş verən ev quşu oğurluqlarında iştirakı sübut edilib. Saxlanılan şəxslər əməllərini etiraf edərək, oğurlanmış bütün malları bazarda satdıqlarını deyiblər.

Onların barəsində cinayət işi açılıb, istintaq davam edir.

Alınan məlumatlara görə, qardaşlar Sabirabad rayonunun sakinləridir. Rövşən evlənəndən sonra həyat yoldaşının soyadını götürüb. Sonradan cütlük boşanıb, amma həmin şəxs Cəfərov soyadını saxlamağa qərar verib. Elçin isə Danilyan soyadını dəyişməyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar