Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda anasını vəhşicəsinə qətlə yetirən oğul əmisinin tövləsində ələ keçdi

Tarix: 31-03-2020 05:07     Baxış: 3150 A- / A+
Azərbaycanda anasını vəhşicəsinə qətlə yetirən oğul əmisinin tövləsində ələ keçdi

Qusarda anasını boğaz nahiyəsinə bıçaqla zərbə vurduqdan sonra qaçan şəxs ələ keçib.

Hadisə martın 29-u gecə saatlarında rayonun Xurel kəndin qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Maisə Aydəbəy qızını qətlə yetirdikdən sonra qaçıb.

Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əhmədov həmin kənddə yaşayan əmisinin həyətindəki tövlənin damından tapılıb.

İddialara görə, M. Əhmədova ilə oğlu arasında mübahisə pul üstündə düşüb. M.Əhmədova həyətində saxladığı dananı satıb, oğlunun da bundan xəbəri olub. N. Əhmədovun narkotik maddə istifadəçisi olduğu deyilir.

Faktla bağlı araşdırmalar davam edir. Hadisənin dəqiq səbəbi aparılan istintaqın sonunda bəlli olacaq.

Qeyd edək ki, N. Əhmədovun atası Hacıağa Əhmədov bir neçə il əvvəl Dağıstanda faciəli şəkildə ölüb. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar