Sizin Reklam Burada
Xəbər lenti
08 iyul
07 iyul
BÜTÜN XƏBƏRLƏR

Dostlar qadını intim görüntüləri ilə şantaj etdi - Bakıda şok olay

Tarix: 23-03-2020 15:52     Baxış: 354 A- / A+
Dostlar qadını intim görüntüləri ilə şantaj etdi - Bakıda şok olay

Bakının Xətai rayonunda qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə, onu intim görüntüləri ilə şantaj etməkdə təqsirli bilinən Rəşad Zeynalovun barəsində həbs qətimkan tədbiri seçilib.

Manevr.az xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan iclasda istintaq orqanının təqdimatı təmin olunub.

Rəşad Zeynalovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Bakı şəhər sakini Səlimə Xudaverdiyeva (ad və soyad şərti verilib – red.) sosial şəbəkədə Rəşad adlı oğlanla tanış olub.

Daha sonra onların isti münasibətləri yaranıb.

Bundan sonra Rəşad Səlimə ilə bir neçə dəfə intim əlaqədə olub.

İntim əlaqədə olan zaman Rəşad qadının görüntülərini çəkib.

Daha sonra Rəşad Səliməni həmin videogörüntülərlə şantaj edib.

O, qadından külli miqdarda pul tələb edib, əks halda həmin görüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Səlimə Xudaverdoyeva bir neçə dəfə Rəşada pul versə də, Rəşad qadını yenə də şantaj etməkdə davam edib.

Bundan sonra Səlimə Xudaverdiyeva Rəşadın hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edib.

Keçirilən əməliyyat zamanı Səlimə Xudaverdiyevanın Rəşad Zeynalov tərəfindən şantaj edildiyi məlum olub. O, həbs edilib.

İstintaq araşdırması zamanı Rəşad Zeynalovun qadını bir neçə dostu ilə şantaj etdiyi üzə çıxıb.

İstintaq orqanı tərəfindən Rəşad Zeynalovun barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.3-cü (zor tətbiq etmə ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

İstintaq-əməliyyat tədbirləri davam edir.teleqraf.com


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar