Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Brilliant Dadaşova Rafael Dadaşovun yasına gələnləri qovub

Tarix: 19-03-2020 11:26     Baxış: 4220 A- / A+
Brilliant Dadaşova Rafael Dadaşovun yasına gələnləri qovub

Xalq artisti Brilliant Dadaşova Rəfael Dadaşovun yas mərasiminə gələnləri məclisdən qovub.

Manevr.az xəbər verir ki, bu barədə blogger Elçin öz instagram səhifəsində yazıb.

Dünən Xalq artisti Rafael Dadaşovun yasından hamı qovuldu. Rayondan uzaq yol gələn insanların çay-halvası qabağında qaldı. Ahıl yaşda insanlar, aparıcılar olan bir yerdə Brilliant xanım "yas qutardı, artıq durun hamınız gedin" dedi. Camaat da ayağa qalxdı və hamı Rafael Dadaşovun evini tərk etdi. Allah rəhmət eləsin dəyərli sənətkar, ruhun şad olsun. Amma biz çayxanaya, qəlyanxanaya gəlməmişdik bizə durun çıxın deyilsin".
Brilliant Dadaşova Rafael Dadaşovun yasına gələnləri qovub

Ola bilər ki, Brilliant xanım bu addımı ökədəki təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq atmalı olub. Onun özüylə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı önləyici tədbir olaraq kütləvi tədbirlər, o cümlədən toy və yas mərasimlərinin kütləvi keçirilməsi qadağan edilib. Xəstəlik ünsiyyət yolu ilə yayıldığına görə belə tədbirlər virusun sürətlə yayılmasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı və yerli qurumlar insanlara ünsiyyəti məhdudlaşdırmağı tövsiyə etsələr də, Azərbaycanda hələ də çoxları təhlükəni qulaqardına vuraraq gizli-aşkar toy və yas mərasimləri təşkil etməyə çalışırlar.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar