Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış şairi hədələdilər, polisə müraciət etdi

Tarix: 28-02-2020 13:50     Baxış: 3219 A- / A+
Tanınmış şairi hədələdilər, polisə müraciət etdi

Tanınmış şair, kulis.az-ın əməkdaşı, “El bizim, sirr bizim” verilişinin aparıcısı Səhər Əhməd təhdid olunduğunu açıqlayıb.

Manevr.az-ın məlumatına görə o, bildirib ki, bununla bağlı polisə müraciət edib:

“Aparıcısı olduğum verilişdə qadınları təhqir edənlərə qarşı kəskin irad tutduğuma görə neçə gündür təhdidə məruz qalıram. Adıma saxta profillər açılır. Dünən axır ki, təhdidlərin birində ipucu verilib. Şəklim paylaşılaraq altına: "Sən filankəsi verilişdə incitmisən" yazıblar. Axşam 102 xidmətinə zəng etdim, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron poçtuna şikayət məktubu ünvanladım.”

Səhər Əhməd daha sonra əlavə edib:

“Səhhətimlə bağlı çox həssas durumda olduğum üçün vəziyyətim pisləşib. Gərgin və əsəbi durumdayam. Həyatım üçün ciddi təhlükə olduğunu düşünürəm.

Övladlarının mənəvi zərbə aldığını qeyd edən şairə məsələni hələlik mətbuat üçün konkretləşdirmək istəmədiyini bildirib:

“Şərəf və ləyaqətimi alçaldan insanın cəzalanmasını istəyirəm. İşlə hüquq-mühafizə orqanları məşğul olur deyə, konkretləşdirmirəm. Təkcə onu deyim ki, mən Azərbaycan qadınlarını təhqir edən biriylə mübahisə edəndən sonra bu proses başlayıb.”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar