Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nəzakət Rzazadə qaçırıldığı üçün intihar edib? – Atası

Tarix: 26-02-2020 12:10     Baxış: 3267 A- / A+
Nəzakət Rzazadə qaçırıldığı üçün intihar edib? – Atası

Fevralın 24-də Babahüseyn Məmmədovun atası mənə xəbər göndərdi ki, sənin qızını oğlum qaçırdıb və iş-işdən keçib.

Manevr.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında ötən gün özünü dənizə ataraq intihar edən Tibb Universitetinin tələbəsi Nəzakət Rzazadənin atası Müğdət Rzazadə deyib. O bildirib ki, qızı intihar edəcəyi barədə qabaqcadan oğlana məlumat verib:

“Qızımın qaçırıldığını biləndə əsəbləşmişdim. Nəzakət təhsilinə görə 5 il Bakıda yaşayıb, semester imtahanlarını verib, fevralın 3-də rayona gəlmişdi. Ayın 16-da da kənddən özüm qızımı Bakıya yola saldım. Hadisədən sonra oğlan indi özünə gəlib. Dediyinə görə, guya qızım ona zəng edib, deyib ki, biabır olmuşam, özümü dənizə atmağa gedirəm. Mənim qızım intihar edəcək ağılda deyildi”.

Tibb Universitetinin mətbuat katibi Günel Aslanova da saytımıza açıqlamasında bildirib ki, Nəzakət Rzazadənin qaçırılması barədə onlarda məlumat yoxdur:

“N.Rzazadə normal, oxuyan tələbə olub. Biz də hadisənin şokundayıq. Semester imtahanlarından sonra ötən həftə dərslərdə də iştirak edib. Davamiyyətində heç bir problem olmayıb. Onu Babahüseyn Məmmədovun qaçırması barədə isə bizdə məlumat yoxdur”.

Qeyd edək ki, mətbuatda Tibb Universitetinin tələbəsi, 1998-ci il təvəllüdlü Nəzakət Rzazadənin bulvarda intihar etməsi və sevgilisi Balahüseyn Məmmədovun onu xilas etmək üçün özünü dənizə atması barədə məlumat yayılmışdı. İntihara səbəb ailələrin onların münasibətinə qarşı çıxması olduğu bildirilsə də, qızın ailəsi bunu saytımıza təkzib etmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar