Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

BMT-dən xəbərdarlıq: “Çəyirtkə vəbası” yayıla bilər

Tarix: 12-02-2020 10:16     Baxış: 3166 A- / A+
BMT-dən xəbərdarlıq: “Çəyirtkə vəbası” yayıla bilər


Birləşmiş Millətlər Təşkilatı (BMT) ən böyük çəyirtkə işğalının Keniya, Efiopiya və Somalidə baş verdiyi, burada çəyirtkələrin sürətlə yayılmağa davam etdiyi və 13 milyon insanın təhlükə altında olduğu barədə xəbərdarlıq edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lovkok, Şərqi Afrikada həyəcanverici çəyirtkə işğalına diqqət çəkib.

Çəyirtkə hücumuna qarşı təxirəsalınmaz tədbir görülməsə, Şərqi Afrika ölkələrinin fəlakətə məruz qalacağını və ciddi bir humanitar böhranla üzləşəcəyini bildirən M.Lovkok çöl çəyirtkələri ilə mübarizə planı üçün 76 milyon dollar lazım olduğunu söyləyib.

BMT rəsmisi iqlim dəyişikliyinin çəyirtkə sayının artmasında və onların sürətli yayılmasında da təsirli olduğunu bildirib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edib ki, bütün bölgə çəyirtkə istilasından təsirlənərsə və bir il ərzində vəziyyət nəzarət altına alınmasa, “çəyirtkə vəbası” yayıla bilər. Şərqi Afrikada yayılmağa davam edən çöl çəyirtkələri Keniya, Somali və Efiopiyadan sonra Uqandaya və Tanzaniyaya çatıb.

Hər gün 150 kilometr məsafəni qət edə bilən və keçdikləri bölgədəki məhsullara ziyan vuran çəyirtkə qida təhlükəsizliyinə təhlükə yaradır. Bir kvadrat kilometrə yayılan 40-80 milyon çəyirtkə cəmi bir gündə 35 min insan üçün kifayət edəcək qida yeyə bilər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar