Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kürdəmirdə dəhşətli qəza - Sürücü öldü, sərnişinin vəziyyəti ağırdır - VİDEO

Tarix: 07-02-2020 19:15     Baxış: 4310 A- / A+
Kürdəmirdə dəhşətli qəza - Sürücü öldü, sərnişinin vəziyyəti ağırdır - VİDEO


Kürdəmirdəyol qəzası baş verib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı betona çırpılıb. Nəticədə sürücü ölüb.1 sərnişin isə yaralanıb. Masallıda isə avtomobil piyadanı vuraraq öldürüb.

Avtomobilin yoldan çıxaraq betona çırpılması ölümlə nəticələnib..

Hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Beləki, sürücü Sumqayıt şəhər sakini Aslan Qəhrəmanov avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib, avtomaşın yoldan çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb.Qəza nəticəsində sürücü Aslan Qəhrəmanov hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə sıxılıb qalmış sərnişin Gəncə şəhər sakini 38 yaşlı Xəyalə Rəhimova isə Qəza xilas etmə dəstəsi tərəfindən çıxarılıb və Kürdəmir rayon mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Masallıda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. hadisə yeni Bakı-Astara magistralının Masallı rayonunun Səmidxan kəndi ərazisindən keçən hissəsində baş verib. Qodman kənd sakini Təhmasib Həşimov yolun qarşı tərəfində dayanmış maşınında nasazlıq olan şəxsə kömək etmək üçün iki yolu ayıran beton maneənin üzərinə çıxıb. Yolu keçmək istəyərkən isə müvazinətini itirib və Lənkəran şəhər sakini, Ceyhun Tağıyevin idarə etdiyiavtomobilin qarşısına yıxılıb. Nəticədə avtomobil onu vurub.Onun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar