Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erotika və qəddarlıqla bağlı verlişlər yayımlanacaq? - MTRŞ-ın YENİ QƏRARI

Tarix: 07-02-2020 15:08     Baxış: 3152 A- / A+
 Erotika və qəddarlıqla bağlı verlişlər yayımlanacaq? - MTRŞ-ın YENİ QƏRARI


Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Manevr.az xəbər verir ki, İclasda "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanununun qəbul olunması ilə əlaqədar "Televiziya və radio yayımı haqqında" qanunda edilən dəyişikliklər müzakirə olunub.
"Televiziya və radio yayımı haqqında" qanunun 33-cü maddəsində edilən son dəyişikliyə əsasən, Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci ildə qəbul etdiyi "Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" hüquqi qüvvəsini itirdiyindən şuranın qərarı ilə ləğv olunub.

İclasda, həmçinin, "TV Texservis” MMC-nin "ATV Plyus” MMC-yə birləşməsi ilə əlaqədar olaraq Milli Televiziya və Radio Şurası tərəfindən "TV Texservis” MMC-yə verilmiş kabel şəbəkəsi yayımı üçün 18 mart 2016-cı il tarixli lisenziyanın və "TV Texservis” MMC-nin istifadəsinə ayrılmış efir yayım tezliklərinin onun hüquqi varisi olan "ATV Plyus” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar