Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nərminin qətli ilə bağlı qalmaqallı səs yazısı yayıldı - Video

Tarix: 05-02-2020 14:15     Baxış: 3339 A- / A+
Nərminin qətli ilə bağlı qalmaqallı səs yazısı yayıldı - Video

Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı “youtube”da səs yazısı yayılıb.

Manevr.az bildirir ki, report-un xəbərinə görə, səs yazısında naməlum şəxs N.Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu qeyd edib.

Həmin şəxs iddia edir ki, N.Quliyevanı onun həmkəndlisi M.M. (məlumat təsdiqini tapmadığı üçün ad və soyadını göstərmirik) öldürüb.

Onun iddiasına görə, M.M.-in qardaşı və yeznəsi hüquq-mühafizə orqanlarında çalışır:

“Həmin şəxs Nərmin Quliyevanın qonşusudur. Bunu kənddə hər kəs bilir. Onun “VAZ-2107” markalı avtomobili var. İlkin Süleymanovu yalandan həbs ediblər, o, günahsızdır”.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov “Report”a açıqlama verib. O bildirib: “Qeyd edilən audioyazı tərəfimizdən istintaq-əməliyyat qrupuna təqdim edilib”.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb.

Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar