Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə Təcili Tibbi Yardım Xidmətinin həkim briqadası çağırışa getdikləri ünvanda təhqir ediliblər

Tarix: 04-02-2020 05:52     Baxış: 3154 A- / A+
Mingəçevirdə Təcili Tibbi Yardım Xidmətinin həkim briqadası çağırışa getdikləri ünvanda təhqir ediliblər

Mingəçevirdə Təcili Tibbi Yardım Xidmətinin həkim briqadası təhqir edilib.

Hadisə Günəşli yaşayış massivindəki 15-ci küçədə baş verib.

Həkim Şərafət Mirzəyevanın rəhbərliyi ilə həmin küçədəki fərdi təsərrüfatlardan birinə çağırışa gələn briqada səbəbsiz yerə təhqir olunub. Onların qarşısına çıxan kişi briqada üzvlərinə təhqiramiz və təhdid dolu ifadələrlə yanaşı, heyət üzvü Ramiz Məmmədova fiziki güc tətbiq edib.

Stansiyanın növbətçi cavabdeh həkimi Rəhim Quliyev həmin şəxsin guya briqadanın çağırış yerinə gec gəlməsini əsas tutaraq bu addımı atdığını deyib.

Onun sözlərinə görə, təcili yardım xidməti hər zaman olduğu kimi, bu dəfə də ən qısa zaman çərçivəsində çağırış yerinə yetişib.

Baş vermiş hadisəyə münasibət bildirən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov deyib ki, əslində bu xidmət ən ağır durumda olan vətəndaşlara yardım edilməsi üçün nəzərdə tutulub: "Amma gələn çağırışlar adi baş ağrısı, hər kəsin öyrəncəli olduğu təzyiq oynaması və digər bu kimi lüzumsuz hallarla bağlı olur. Bu minvalla gündəlik çağırışlar əvvəlki dönəmlərlə müqayisədə 4 dəfə artmış durumdadır. Səbəbsiz çağırışlar olsa belə, həkim briqadası çağırış yerinə gedir, amma bu əlavə vaxt itkisinə səbəb olur ki, bundan da ilk növbədə yardıma daha çox ehtiyacı olanlar zərər çəkir”. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar