Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gəlinlərini öldürmək istədi, sonra intihar etdi...

Tarix: 01-02-2020 11:27     Baxış: 4164 A- / A+
Gəlinlərini öldürmək istədi, sonra intihar etdi...


Ağcabədi rayonunda şizofreniya xəstəsi olan şəxs qardaşı oğlunun arvadını öldürmək istəyib.

Manevr.az xəbər verir ki, yanvarın 31-i saat 11 radələrində Ağcabədi rayon poliklinikasının ruhi-əsəb kabinetində şizofreniya diaqnozu ilə qeydiyyatda olan 1970-ci il təvəllüdlü Hüseynov Müşfiq Oruc oğlu heç bir əsaslı səbəb olmadan qardaşı oğlunun arvadı, Qaraxanlı kəndində yaşayan 1991-ci il təvəllüdlü Hüseynova Könül Surxay qızının yaşadığı evə daxil olaraq əlində olan dəhrə ilə Könül Hüseynovanın kürək nahiyəsinə, baş, boyun, kürək, ayaq və əl nahiyələrinə xəsarətlər yetirərək onu öldürməyə cəhd edib.

Lakin K.Hüseynova Müşfiq Hüseynovun əlindən çıxaraq oradan qaçdığı üçün Müşfiq Hüseynov öz iradəsindən aslı olmayan səbəbdən niyyətini başa çatdıra bilməyib. Könül Hüseynova qonşuları tərəfindən Ağdam rayon Mərkəzi Xəstəxanasına, oradan isə Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb.

Hadisə yerində qalmış Müşfiq Hüseynov sirkə turşusu içərək özünü zəhərləyib. O, həmin gün saat 20 radələrində Ağcabədi rayon Mərkəzi Xəstəxanasında ölüb. Meyitinin müayinəsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Müşfiq Hüseynovun sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanıb.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar