Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur azərbaycanlı döyüşçü dünyasını dəyişdi

Tarix: 26-01-2020 21:33     Baxış: 3260 A- / A+
Məşhur azərbaycanlı döyüşçü dünyasını dəyişdi

"Azərbaycan bayrağı" ordenli Xocalı döyüşçüsü, əslən Axısqa türkü olan Sərvər Rəcəbov dünyasını dəyişib.
Manevr.az avropa.info-ya istinadən xəbər verir ki, bu barədə jurnalist-publisist Nəzirməmməd Zöhrablı məlumat verib.

Sərvər Rəcəbov qaraciyər serrozundan əziyyət çəkirdi. O, Özbəkistanın Fərqanə vilayətindəki hadisələr zamanı oradan didərgin düşmüş Məhsəti türklərindəndir. Azərbaycana gəldikdən sonra isə o, Xocalıda məskunlaşaraq burada milis (polis) sıralarında xidmət etməyə başlayıb. Xocalıya ermənilərin hücumları başlayan zaman S.Rəcəbov Xocalı özünümüdafiə batalyonunu yaradaraq Xocalı ətrafında postların qurulmasını və şəhərin qorunmasını təşkil edib. 1989-cu ildən 26 fevral 1992-ci ilə - Xocalı soyqırımı gününə qədər. Həmin gün o da ailəsi – anası, qardaşı və cəmisi beş gün əvvəl doğulmuş körpəsini götürüb Xocalı əhalisi ilə birgə böyük məhrumiyyətlərdən keçərək Ağdam ərazisinə gəlib çıxa bilib.

Sərvər ailəsini təhlükəsiz yerə çıxardıqdan sonra yenə Qarabağa – ermənilərlə döyüşə qayıdıb və Xocalı batalyonunu bərpa edib. Sərvər Rəcəbov vətən qarşısında xidmətlərinə görə "Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Allah Rəhmət eləsin!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar