Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildi

Tarix: 23-01-2020 14:01     Baxış: 5231 A- / A+
İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildi


Dələduzluqda təqsirləndirilən bağça müdirəsi növbəti dəfə hakim qarşısına çıxarılıb.

Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Musazadə Şəfiqə Məhəmməd qızının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləm məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Şəfiqə Musazadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Şəfiqə Musazadə məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, bu iş davam edən zaman məlum olub ki, zərərçəkmişlərin sayı artıb. Belə ki, Şəfiqə Musazadə başqa şəxslərdən də bağçaya işə düzəltmək üçün pul alıb. Şəfiqə Musazadə hazırda azadlıqda olduğu halda başqa bir bağçanın da rəhbəri kimi özünü təqdim edərək bir neçə nəfərdən pul alıb. Onları da işə düzəldəcəyini vəd edib.

Həmin şəxslər məhkəməyə gələrək zərərçəkniş kimi tanınmalarını istəyiblər. Hakim bildirib ki, bunun üçün onlar yalnız hüquq-mühafizə orqanlarına, prokurorluğa müraciət edə bilərlər. Bundan sonra onların şikayəti nəzərə alına, Şəfiqə Musazadə barəsində ayrıca cinayət işi açıla bilər.

Zərər çəkdiklərini deyən şəxslər bildiriblər ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiklərini deyiblər. Şəfiqə Musazadə heç bir zərərçəkmişin pulunu ödəməyib.

Qeyd edək ki, Şəfiqə Musazadəyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzliq) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırda ev dustaqlığındadır. Şəfiqə Musazadə uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyib. Daha sonra bir neçə dövlət bağçasının direktoru olub. Ötən il isə Şəfiqə Musazadə özəl bağça açmaq qərarına gəlib. Musazadənin planına uyğun olaraq bağça açılıb və istifadəyə verilib.

Daha sonra Ş.Musazadə bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, aşpaz, mühafizəçi kimi işə götürüb. Lakin bağça aylarla fəaliyyət göstərsə də cəmi 9 nəfər uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.

Buna görə də Ş.Musazadənin pul alaraq işə götürdüyü Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar