Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Qoca”nın qardaşı tutuldu - ŞƏKİL

Tarix: 20-01-2020 17:46     Baxış: 4254 A- / A+
“Qoca”nın qardaşı tutuldu - ŞƏKİL


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də, qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 53 yaşlı Azad Məmmədov saxlanılıb.

A.Məmmədovun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, ona məxsus iki ədəd patron, ümumi çəki 41, 278 qram narkotik vasitə tiryək və iki kibrit qutusunda ümumi çəkisi 11,69 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq A.Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 ədəd plastik qabda ümumi çəkisi 275 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Qeyd edək ki, A.Məmmədov 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zaman konvoy mühafizəsi altından qaçmış, daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərəsizləşdirilən Etibar Məmmədovun qardaşıdır.

Manevr.az


“Qoca”nın qardaşı tutuldu - ŞƏKİL
“Qoca”nın qardaşı tutuldu - ŞƏKİL
“Qoca”nın qardaşı tutuldu - ŞƏKİL
“Qoca”nın qardaşı tutuldu - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar