Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda gənc qadın üç övladı ilə birgə itkin düşdü - ŞƏKİL

Tarix: 20-01-2020 17:24     Baxış: 3197 A- / A+
Azərbaycanda gənc qadın üç övladı ilə birgə itkin düşdü - ŞƏKİL

Xızı rayonu ərazisində ana və 3 övladı itkin düşüb.

Manevr.az xəbər verir ki, bu barədə Xızı Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Xızı rayonu, Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayan, əslən Qubanın Dalıqaya kəndindən olan İsayev Səxavət Şahabbas oğlu 18.01.2020-ci ildə tarixində Daxili İşlər Nazirliyinin (DİN) “102” xidməti zəng mərkəzi sisteminə müraciət edərək yoldaşı və 3 övladının itkin düşdüyü barədə məlumat verib. O müraciətində bildirib ki, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat verib.

İsayeva Əfsanə Cəmil qızının əlamətləri: boyu – təxminən 160 sm, çəkisi – 55-60 kq, qaraşındır, arıq bədən quruluşludur. Gözlərinin rəngi qəhvəyi, saçları qara-şabalıdı rəngli olmaqla uzundur. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, qara rəngli ətək, ayağında alçaqdaban qız çəkməsi olub.

Nurcan İsayevanın əlamətləri: boyu – təxminən 1 metr, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində ağ zolaqları olan qırmızı gödəkcə, ayağında tünd rəngli qış çəkməsi olub.

Nurlan İsayevin əlamətləri: boyu – təxminən 0,80 m, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, ayağında qara rəngdə qış çəkməsi olub.

Bu şəxsləri görənlərdən DİN-in “102” xidmətinə, Xızı RPŞ-nə (+994 23 315 01 31 və ya +994 55 366 33 54 nömrəsinə) məlumat vermələri xahiş olunur.apa

Manevr.az
Azərbaycanda gənc qadın üç övladı ilə birgə itkin düşdü - ŞƏKİL
Azərbaycanda gənc qadın üç övladı ilə birgə itkin düşdü - ŞƏKİL
Azərbaycanda gənc qadın üç övladı ilə birgə itkin düşdü - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar