Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda maşından polislərə atəş açıldı

Tarix: 17-01-2020 14:21     Baxış: 5209 A- / A+
Bakıda maşından polislərə atəş açıldı


Bakının Xətai rayonunda bir kişi onu dayandırmağa çalışan polis işçilərinə silahlı müqavimət göstərib.

Manevr.az bildirir ki, bu barədə oxu.az-a rayon polis şöbəsindəki mənbə məlumat verib.

Bildirilib ki, yanvarın 16-na keçən gecə saat 03:00 radələrində Naximov küçəsində naməlum şəxs “Mercedes” markalı avtomobilini qapısı açıq şəkildə idarə edib. Bunu görən polis əməkdaşları sürücüyə dayanmasını əmr edib.

Lakin bunun əvəzinə kişi pnevmatik silahını çıxarıb və polisə tərəf dörd dəfə atəş açaraq onlara silahlı müqavimət göstərib.

Buna baxmayaraq, asayiş keşikçiləri onu saxalaya biliblər.

Məlum olub ki, şübhəli - Zəngilan rayonundan olan 1989-cu il təvəllüdlü Pərviz Rövşən oğlu Həzili əvvəllər narkotik maddə saxlamaq və hüquq mühafizəçilərə müqavimət göstərməkdə ittiham olunub.

Axtarış zamanı Xətai rayonu 35-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan şəxsdən pnevmatik tapança və üç bıçaq aşkar edilərək müsadirə olunub. P.Həzilinin maşınında dörd ədəd ov tüfəngi patronu, 6.192 qram heroin və 515 qram marixuana tapılıb.

Cinayət törədildiyi vaxt P.Həzilinin narkotik maddələrin təsiri altında olduğu ehtimal edilir.

Şübhəlinin cinayətkar bir qrupun üzvü olması istisna edilmir. Hazırda saxlanılan şəxsin törədilən cinayətlərdə iştirakı ilə bağlı yoxlamalar aparılır.

Faktla əlaqədar istintaq davam edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar