Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qəzanı çəkməyə gedən jurnalist özü qəzaya düşdü

Tarix: 10-01-2020 10:51     Baxış: 3178 A- / A+
Qəzanı çəkməyə gedən jurnalist özü qəzaya düşdü


Bərdədə baş verən qəzayla bağlı çəkilişə gedərkən İctimai televiziyanın Qarabağ müxbiri - İnformasiya departamentinin böyük redaktoru Şöhrət Eyvazov xidməti maşınla qəzaya uğrayıb.

Manevr.az modern.az-a istinadən xəbər verir ki, 99 MH 817 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil “Köhnə bazar” adlanan ərazidə qadağan olunmuş istiqamətdə yüksək sürətlə gələrək İctimai Televiziyanın 10 JU 596 dövlət nömrə nişanlı Tofaş markalı xidməti maşınını vurub.

Avtomobil yararsız hala düşüb. Qəza nəticəsində sol ayaq və qol nahiyəsindən xəsarət alan Şöhrət Eyvazova zəruri tibbi yardım göstərilib.

Hazırda vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma başlanılıb.

İlkin ehtimala görə “Mersedes” markalı maşın azyaşlı uşaq tərəfindən qaçırılıb və VAZ- 2106 markalı daha bir avtomobili də əzib. "Mercedes" markalı avtomobili qaçıraraq qəzanı törətməkdə şübhəli bilinən şəxs Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar