Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

İran Ukrayna təyyarəsini raketlə vurub – ANBAAN VİDEO

Tarix: 10-01-2020 10:32     Baxış: 3261 A- / A+
İran Ukrayna təyyarəsini raketlə vurub – ANBAAN VİDEO


ABŞ-ın “The New York Times” qəzeti təxmini İran raketinin “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus təyyarəsini vurması anını təsvir edən kadrları yayıb.

Manevr.az xəbər verir ki, görüntüləri nəşrə iranlı aktivist Nəriman Qarib verib.

Qarib həmçinin videonu özünün “Twitter”dəki səhifəsində yayıb. O, qeyd edib ki, videogörüntünü bir mənbədən alıb. Kadrların doğru olmasına zəmanət verə bilmir, amma mənbə ilə əlaqədədir və ondan bütün məlumatlarları tələb edə bilər.

“The New York Times” qeyd edib ki, videonun doğru olub-olmamasını yoxlayıb. Görüntü Tehran aeroportu yaxınlığındakı Parand (Tehran əyaləti) yaşayış məntəqəsində çəkilib. Məhz orada Ukraynanın “Boeing”i uçuşdan sonra əlaqəsini kəsib.

Nəşrin məlumatına görə, təyyarənin raket tərəfindən vurulmasından sonra kiçik partlayış olub, amma təyyarə yerə düşməyib.

“The New York Times” qeyd edib ki, bu hadisə ilə bağlı digər videogörüntü də var. Qəzetin doğruluğunu iddia etdiyi, amma yaymadığı videoda təyyarənin aeroporta tərəf uçması, amma sonra havada partlayaraq yerə düşməsini əks etdirən görüntü var./metbuat.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar