Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

DİN itlərin kütləvi şəkildə öldürülməsini araşdırır

Tarix: 20-11-2019 11:21     Baxış: 3134 A- / A+
DİN itlərin kütləvi şəkildə öldürülməsini araşdırır


Xaçmaz rayonunda sığınacaqda saxlanılan itlər kütləvi şəkildə tələf olub.

Manevr.az xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında həmin sığınacağın sahibi Nailə Rüstəmli bildirib. O deyib ki, 15 it iki gün əvvəl sığınacağın həyətində gəzib, axşamdan isə onlarda zəhərlənmə əlamətləri aşkar olunub: "Kütləvi şəkildə komaya düşürdülər. Ümumi 15 it zəhərlənib, 11-i ölüb. 4-ü müalicə olunur. Amma ayağa dura bilmirlər, müqavimətləri yerində deyil, ağrı çəkirlər.

Bunu edənin kim olduğunu dəqiq bilmirik. Amma şübhələndiyimiz 2-3 nəfər var. Hansi ki, birincisi qonşu bağın sahibi, Xaçmazda vəzifəli bir şəxsdir. Dəfələrlə mənə hədə-qorxu gəlib, bir dəfə işçisi itlərimizə güllə atıb. Ən çox şübhə etdiyim odur".

N.Rüstəmli bildirib ki, sağ qalan itlər müalicə üçün Bakıya gətirilib və onlardan nümunələr götürülərək analiz verilib: "Nəticələr hamısı aşağı dərəcəli oldu. Həkim dedi ki, bu tramadol, ya da digər psixotrop dərman verəndə belə olur. Yəni itlərin dərmanla zəhərləndiyi təsdiqləndi".

N.Rüstəmli hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat verib: "Dünən günorta qaynar xəttə şikayət etdim, iki saat sonra Xaçmaz Rayon Polis Şöbəsindən əməkdaşlar gəlib izahat aldı".

Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan sayta bildirilib ki, müraciətlə bağlı şikayətçinin izahatı alınıb və itlərin ölümü faktı üzərində araşdırmalara başlanılıb: "Əgər araşdırma nəticəsində itlərin kim və ya kimlərsə tərəfindən qəsdən öldürüldüyü aşkar olunarsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb ediləcək".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar