Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

8-ci sinif şagirdi ilə bağlı video yayan şəxs tutuldu

Tarix: 08-11-2019 19:37     Baxış: 3203 A- / A+
Xəbər verdiyimiz kimi, bu gün 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb.
8-ci sinif şagirdi ilə bağlı video yayan şəxs tutuldu

Manevr.az xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq hadisə ilə bağlı birgə məlumat yayıb.

Qeyd olunub ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, cari il oktyabrın 8-də Gəncə şəhərində şəhər sakini Məhərrəm Siratinin qeyri-rəsmi nikah münasibətində olduğu şəhər sakini Natavan Mustafayevaya qısqanclıq zəminində bıçaqla çoxsaylı zərbələr endirərək onu qəsdən öldürməyə cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Müvafiq ekspertizalar təyin olunub, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilib.

Məhərrəm Sirati təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin videogörüntünü sosial şəbəkələr vasitəsilə yayılmasını həyata keçirmiş şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Şəmkir rayonunun Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılmış və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.yenisabah


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar