Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

26 yaşlı gənc küçədə can verdi - Hacıqabulda

Tarix: 31-10-2019 10:18     Baxış: 3205 A- / A+
26 yaşlı gənc küçədə can verdi - Hacıqabulda


Hacıqabulda gənc oğlan narkotik maddənin təsirindən ölüb.

Manevr.az məlumatına görə, hadisə küçədə, telefon mağazasının qarşısında baş verib.

Rayon sakini, 1993-cü il təvəllüdlü İsmayılov Amil Azad oğlunun meyiti gecə saatlarında xəstəxanaya gətirilib.

Meyiti xəstəxanaya gətirən rayon sakini Samid Minəxanov izahatında bildirib ki, gecə saat 02-03 radələrində rayon ərazisindəki telefon mağazasının qarşısı ilə hərəkət edərkən A.İsmayılovun yerdə çabaladığını görüb. A.İsmayılov S.Minəxanova bildirib ki, narkotik maddəni dozadan artıq qəbul etdiyindən vəziyyəti pisləşib və onu xəstəxanaya çatdırmağı xahiş edib.

S.Minəxanov təcili yardımla onu xəstəxanaya apararkən A.İsmayılov yolda dünyasını dəyişib.

Meyitə baxış keçirilərkən onun üzərində heç bir xəsarət izi aşkarlanmayıb.

Müəyyən edilib ki, A.İsmayılov əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 1 il müddətinə azadlıqdan məhrum edilib.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar