Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda "BMW" ilə itkin düşən şəxsin meyiti tapıldı - Qayçı ilə boğazını kəsiblər - TƏFƏRRÜAT

Tarix: 25-10-2019 18:53     Baxış: 4369 A- / A+
 Bakıda "BMW" ilə itkin düşən şəxsin meyiti tapıldı - Qayçı ilə boğazını kəsiblər  - TƏFƏRRÜAT


Bir neçə gün öncə Bakıda itkin düşən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun qətlə yetirildiyi məlum olub.

Manevr.az verir ki, bu barədə trend-ə qətlə yetirilən şəxsin qardaşı bildirib. Onun sözlərinə görə, hadisə Xəzər rayon prokurorluğu tərəfindən araşdırılır:

"Elvin iki nəfər şəxs tərəfindən qətlə yetirilib. Onun boğazını qayçı ilə kəsərək su quyusuna atıblar. Hazırda həmin şəxslər yaxalanıblar və Xəzər Rayon Prokurorluğunda araşdırmalar aparılır".

Xatırladaq ki, Həbibzadə Elvin oktyabrın 14-dən itkin düşüb. Yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb.

Bu gün isə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

E.Həbibzadə stomatoloq olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar