Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda xəstəxanaya hücum edildi - həkimləri və sanitar xidmətçiləri döyüldü - ŞƏKİL

Tarix: 14-10-2019 09:15     Baxış: 31 163 A- / A+
Azərbaycanda xəstəxanaya hücum edildi - həkimləri və sanitar xidmətçiləri döyüldü - ŞƏKİL

Şirvan Şəhər Xəstəxanasında dağıntılarla müşayiət olunan insident baş verib.

Manevr.az apa-ya istinadla xəbər verir ki, Hacıqabulda baş vermiş avtoqəzada xəsarət alan sürücünün xəstəxanada dünyasını dəyişməsindən sonra onun yaxınları dağıntılar törədib, tibb işçilərini döyüblər.

Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində avtoqəza zamanı ağır-kəllə beyin travması alan Füzuli sakini, 52 yaşlı Hüseynov Qəfər Qənimət oğlu axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Hadisədən qəzəblənən mərhumun yaxınları şöbənin və xəstəxananın qapılarının şüşələrini sındırıb, palataya hücum edərək komatoz vəziyyətdə olan xəstənin qolundakı sistem iynəsini sındırıblar, həkimləri və sanitar xidmətçiləri döyüblər.

Hazırda Şirvan Şəhər Polis Şöbəsinin təhqiqatçıları xuliqanlıq hadisəsi ilə əlaqədar araşdırma aparırlar. Ölən şəxsin meyiti isə müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

Qeyd edilir ki, qəzada xəsarət alan sürücü kritik vəziyyətdə, ağır kəllə-beyin travması, beyninin daxilinin kəskin əzilməsi diaqnozu ilə Reanimasiya şöbəsinə daxil olub və eyni zamanda bundan əvvəl də açıq ürək əməliyyatı keçirib.

Manevr.az
Azərbaycanda xəstəxanaya hücum edildi - həkimləri və sanitar xidmətçiləri döyüldü - ŞƏKİL
Azərbaycanda xəstəxanaya hücum edildi - həkimləri və sanitar xidmətçiləri döyüldü - ŞƏKİL
Azərbaycanda xəstəxanaya hücum edildi - həkimləri və sanitar xidmətçiləri döyüldü - ŞƏKİL
Azərbaycanda xəstəxanaya hücum edildi - həkimləri və sanitar xidmətçiləri döyüldü - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar