Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Axtarışda olan iki polisin yol qəzasında öldüyü məlum olub - ŞƏKİL

Tarix: 07-10-2019 19:02     Baxış: 4270 A- / A+
Axtarışda olan iki polisin yol qəzasında öldüyü məlum olub - ŞƏKİL


Dağıstanda iki polis əməkdaşı yol qəzasında dünyasını dəyişib.


Manevr.az avtosfer.az-a istinadən xəbər verir ki, asayiş keşikçilərinin avtomobili uçuruma düşüb. "360" telekanalının məlumatına görə, polislərin itkin düşməsi, onların həyat yoldaşlarından birinin ərinin itməsi ilə bağlı müraciətindən sonra məlum olub. Qadının sözlərinə görə, iki polis serjantı oktyabrın 5-də saat 3:00-da Kaspiysk şəhərindən evə doğru yola çıxıblar. Lakin İzberbaş şəhərində onlarla əlaqə kəsilib. Müraciətdən sonra polis itkin düşmüş iki nəfərin axtarışlarına başlayıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində oktyabrın 7-də səhər Mahaçqala - Dərbənd trasında uçuruma düşmüş "LADA Priora" markalı maşın tapılıb. Avtomobilin içərisinə baxış zamanı, müraciət əsasında axtarılan 25 yaşlı Yol Patrul Xidmətinin inspektoru Abdulla Abdurazakov və 31 yaşlı Post Patrul Xidmətinin əməkdaşı Qurban Rabadanovun meyitləri aşkar olunub.

Hazırda araşdırmalar aparılır. Ekspertizanın rəyindən sonra hadisənin dəqiq səbəbləri açıqlanacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar