Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Taleh Bağırzadənin həyat yoldaşı haqqında cinayət işi başlanıb

Tarix: 26-09-2019 21:44     Baxış: 3306 A- / A+
Taleh Bağırzadənin həyat yoldaşı haqqında cinayət işi başlanıb

Həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə cinayət məsuliyyətinə cəlb olunur. O, həyat yoldaşına telefon keçirmək cəhdində ittiham olunaraq, barəsində cinayət işi başlanıb.

Manevr.az bizimyol.info-ya istinadən xəbər verir ki, L.İsmayılzadə sentyabrın 27-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağrılıb. İdarədə ona qarşı Cinayət Məcəlləsinin 317-1.1 maddəsilə - cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verlməsi və ya ötürülməsinə görə ittiham elan olunacağı gözlənilir.

L.İsmayılzadə bildirib ki, müstəntiq onu idarəyə dəvət edərkən vəkilləri ilə birlikdə gəlməsini istəyib: “Dedi ki, gəlin, işi bağlayıb, məhkəməyə göndərməliyik”.

Bu maddədə cərimə cəzası və islah işlərilə yanaşı, iki ilə qədər həbs də nəzərdə tutulub.

L.İsmayılzadə özünü təqsirli bilmir. O bildirir ki, Novruz bayramı münasibətilə martın 20-də həbsxanaya həyat yoldaşının yanına gedəndə uşaq çantasından oyuncaqların arasından çıxan telefon işlək olmayıb və ora məqsədli şəkildə aparılmayıb. L.İsmayılzadənin sözlərinə görə, üç yaşlı oğlu Abbas babasına məxsus olmuş həmin telefondan oyuncaq kimi istifadə edirdi.

“Məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı, Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd danışıq kartı aşkar edilmişdir”, - deyə martın 21-də Penitensiar Xidmətin məlumatında bildirilirdi.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib.
T.Bağırzadə ona qarşı irəli sürülmüş dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ittihamlarını qəbul etmir, təqsirsiz olduğunu deyir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar