Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Quli”yə qarşı “Avropa koalisiyasi” planı – TƏFƏRRÜAT

Tarix: 26-09-2019 16:22     Baxış: 4213 A- / A+
“Quli”yə qarşı “Avropa koalisiyasi” planı – TƏFƏRRÜAT

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Quli”) titulunu əlindən almaq üçün rəqiblərinin cəhdləri davam edir.

Gürcü “qanuni oğru” Badri Koquaşvili (“Badri Kutaisi”) Avropadakı “qanuni oğru”ların “Quli”yə qarşı birləşməsi üçün səylər göstərir. Onun artıq Çexiya və Yunanıstanda görüşlər keçirdiyi bildirilir. Lakin Avropadakı “qanuni oğru”ların Badri Koquaşvilinin təklifinə hansı cavabı verdikləri bəlli deyil.
Badri Koquaşvili ilə Nadir Səlifov arasındakı münaqişənin kökü başqa bir gürcü “qanuni oğru” Quram Çixladzenin (“Kvejeyoviç”) vurulması dayanır. Quram Çixladze məhz Nadir Səlifovla görüşdə vurulub. Ona əl qaldıran isə Nadir Səlifovun yaxın adamı qazax əsilli Arman Cumagəldiyev (“Dikiy Arman”) olub. O, sonradan deyib ki, Quram Çixladzenin “qanuni oğru” olduğunu bilməyib. Nadir Səlifov da tərəfdarının cəzalandırılmasına mane olub. Bundan sonra Badri Koquaşvili Nadir Səlifovun titulunun alınması barədə məsələ qaldırıb. Lakin istəyinə nail ola bilməyib. Əksinə, Badri Koquaşvili özünün titulu şübhə altına alınıb.
Rusiya mətbuatı yazır ki, əslində baş verənlərin arxasında Zaxari Kalaşov (“Şakro Molodoy”) dayanır. O, “oğru dünyası”nda “Quli”nin getdikcə daha çox nüfuz qazanmasını özünə təhlükə sayır. Bu baxımdan Nadir Səlifovun ən yaxşı halda statusunu əlindən almaq, ən pis halda bu tip konfliktlərlə onu məşğul etmək və təsir imkanlarını zəiflətməyi düşünür.
Lakin müşahidələr göstərir ki, Nadir Səlifov baş verənlərdən narahat deyil. Əksinə, bu məslə ilə bağlı “sxodka”da sözünü deməyə hazırdır. Kifayət qədər nüfuz sahibi olan xeyli sayda “qanuni oğru” da “Quli”ni dəstəkləyir. Badri Koquaşvili “Şakro Molodoy”un dəstəyinə baxmayaraq “Quli”yə qarşı geniş koalisiya yaratmaq istəsə də, “oğru”ların bir çoxu ümumiyyətlə, bu münaqişədən kənarda qalmağı üstün tutur. Onun Avropadakı görüşlərinin nəticəsi isə güman ki, yaxın vaxtlarda bəlli olacaq.yenisabah


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar