Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıdakı dəhşətli hadisənin görüntüsü yayıldı

Tarix: 18-09-2019 15:21     Baxış: 3149 A- / A+
Bakıdakı dəhşətli hadisənin görüntüsü yayıldı


Bakının Nərimanov rayonunda dəhşətli hadisə baş verib.

Manevr.az Baku.ws-ə istinadən xəbər verir ki, videodan da göründüyü kimi “Şəki” restoranı yaxınlığında iki nəfər mübahisə edib. Onlardan birinin əlində bıçaq var və o, həmin bıçaqla digərini vurur.

Məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi ilə əlaqə saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə barədə məlumatları var.

“Yayılan vidoegörüntülərdən məlumatlıyıq, hadisə sentyabrın 11-də saat 10:30 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş verib.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-cü il təvəllüdlü Əvəz Abbasova daxilə nüfuz etməyən bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Saatlı rayon sakini 1985-cü il təvəllüdlü V.Hüseynov tutulub.



Manevr.az

Onun barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə Nərimanov RPİ İstintaq Şöbəsində cinayət işi başlanılıb, ekspertiza təyin olunub”, - deyə qurum rəsmisi bildirib.

E.Hacıyev əlavə edib ki, xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir, müalicə olunur:

“Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir.”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar