Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda çavuş qazax qızdan üzr istədi, ona bilet aldı

Tarix: 18-09-2019 14:36     Baxış: 3133 A- / A+
Qazaxıstandan aldadılaraq Bakıya gətirilən qadını Ədliyyə Nazirliyinin çavuşu öz vəsaiti hesabına vətəninə göndərib.
Bakıda çavuş qazax qızdan üzr istədi, ona bilet aldı

Manevr.az xəbər verir ki, bu məlumatı “Təmiz qadınlar” İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşıb. O bildirib ki, hazırda qazaxıstanlı xanım müvəqqəti olaraq sığınacağa yerləşdirilib.

“Qazaxstan vətəndaşını biri aldadaraq gətirib Bakıya. Qadının olan pulunu da alıb, yoxa çıxıb. Qız da qalıb kirədə çarəsiz. Ev yiyəsi rus dilini bilmədyi üçün bir nəfəri qonşudan çağırıb ki, tərcümə etsin qızın dediklərini. Tərcümə edən isə Ədliyyə Nazirliyinin çavusu olub. Vəziyyəti görən ədliyyə işçisi qızın öz ölkəsinə qayıtması üçün öz pulu ilə bilet alıb və qazaxıstanlı xanımı uçus gününə kimi sığınacağa istiqamətləndirib”, – deyə M.Zeynalova əlavə edib.

M.Zeynalova əlavə edib ki, ədliyyə çavuşu bir azərbaycanlının etdiyi əmələ görə qazaxıstanlı xanımdan onun əvəzinə üzr istəyib:

“Ədliyyə Nazirliyinin çavuşu qıza bildirib ki, Azərbaycan milləti yaxşı millətdir. Deyib, mən həmin adamın yerinə sizdən üzr istəyirəm.

Bu çavuş millətinin aşiqidir. İstəmir ki, heç kim azərbaycanlı deyəndə neqativ düşünsün”.axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar