Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gültəkin Hacıbəylinin bahalı avtomobili və mənzilinə həbs qoyuldu

Tarix: 17-09-2019 20:35     Baxış: 3270 A- / A+
Gültəkin Hacıbəylinin bahalı avtomobili və mənzilinə həbs qoyuldu

Nəsimi Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəyli ilə keçmiş qaynanası Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı qərar verib.

Manevr.az "virtualaz.org"a istinadən xəbər verir ki, hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə Nəhayət Məmmədovanın iddiası təmin olunub.

Qərara əsasən, Gültəkin Hacıbəyli keçmiş qaynanasına 85 min manat ödəməlidir.

Qeyd edək ki, Nəhayət Məmmədova iddiasında G.Hacıbəylinin Səməd Vurğun küçəsi, 92A ünvanında yerləşən 12 saylı mənzili təmir etmək adı ilə ondan 50 min dollar məbləğdə pul aldığını bildirib. Həmin mənzil Bakı şəhər İcra Hakimiyyəti tərəfindən deputata hədiyyə edilib.

Lakin sonradan bəlli olub ki, alınan pul evin təmirinə xərclənməyib. Buna görə də Məmmədova keçmiş gəlinindən pulu tələb edib. Nəhayət Məmmədovanın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus “Lexus LX 570” və “Toyota Avalon” markalı iki bahalı avtomobilinə, eləcə də mənzilinə həbs qoyulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar