Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Printerdə çap edilmiş 200 avronu bankda dəyişmək istədi, ələ keçdi

Tarix: 07-09-2019 17:23     Baxış: 3177 A- / A+
Printerdə çap edilmiş 200 avronu bankda dəyişmək istədi, ələ keçdi

Rəngli printerlər vasitəsilə saxta pul çap etmə hallarında artım müşahidə edilib.

Bakıda növbəti saxta banknot faktı qeydə alınıb. Bu dəfə paytaxt sakini saxta banknotu bankda dəyişmək qərarına gəlib.

Bu barədə oxu.az-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

"NBC Bank"ın Yasamal rayon filialında 36 yaşlı F.M. saxta 200-lük avronu dəyişməyə cəhd edib. Amma bankın əməkdaşları saxta banknotu dərhal aşkar edərək kişini saxlayıblar və onu 27-ci Polis Bölməsinə təhsil ediblər.

İlkin dindirmə zamanı F.M. banknotun saxta olduğunu bilmədiyini deyib.

Hazırda saxta banknotları yayan şəxsin axtarışları gedir.

Qeyd edək ki, saxta pul məsələsi bütün ölkələrdə var. Rəqəmsal texnologiyalar isə saxta banknotun keyfiyyətini artırmağa imkan verir. Saxta pul kəsənlər, əsasən, 100, 50 və 20 manatlıqlar çap edirlər.

Son dövrlər isə saxta 5 manatlıqların da olduğu barədə məlumatlar var.

Adətən, printerdə çap edilən saxta banknotu asanlıqla tanımaq mümkündür. Bunun üçün banknota diqqətlə baxmaq kifayət edir. Amma bu yaxınlarda Bakıda banklardan biri saxta pulu aşkar edə bilməyib və bankomat vasitəsilə müştəriyə verib.

Bu isə bazarda kifayət qədər keyfiyyətli saxta pulların dolaşdığından xəbər verir. Belə saxta banknotlar adi printerlə yox, başqa üsulla çap edilir və ölkənin maliyyə sistemi üçün təhlükəlidir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar