Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə şok - mollalar Quran kursunda oğlanları zorladı

Tarix: 04-09-2019 15:53     Baxış: 3159 A- / A+
Türkiyədə şok - mollalar Quran kursunda oğlanları zorladı


Üç homoseksual molla həbs edilib

Türkiyədə Quran kursu öyrədən məktəbdə uşaqları cinsi istismara məruz qoyan mollalar həbs olunub.

Manevr.az "Cumhuriyet" qəzetinə istinadən xəbər verir ki, hadisə İstanbulun Ümraniyə bölgəsində “Fıkıh-Der” adlı Quran kursunda baş verib.

Bunlar azyaşlıları cinsi istismara məruz qoyan kursun rəhbəri Ömər İşıktekin və müəllimlər - Hacı Serkan Bektaş və Tarık Bektaşdır. Qanunsuz fəaliyyət göstərən kursda dini dərslə yanaşı şagirdlər yatmağa yerlə də təmin ediliblər.

Mənbənin yazdığına görə, cinayətin üstü kursdan ayrılan 17 yaşlı H.R.Ö. adlı şagirdin yanvar ayında polisə gedərək məlumat verməsi nəticəsində açılıb. H.R.Ö. ifadəsində Ömər İşıktekin, Hacı Serkan Bektaş və Tarık Bektaşın kursda qalan çox tələbəyə cinsi təcavüz etdiklərini və zorakılıq tətbiq etdiklərini bildirib.

İstintaq aparılıb və daha 6 şagird polisə gedərək yoldaşlarının ifadəsini təsdiqləyiblər.

İddianamədə 6 uşağa cinsi təcavüz etdiyi sübut olunan Ömər İşıktekinə 145 ilə qədər azadlıqdan məhrumetmə cəzası istənilib. Kursun müəllimi Hacı Serkan Bektaşın H.R.Ö və Y.E.T-ə qarşı “zəncirləməklə cinsi təcavüz” etdiyinə görə 50 ilədək həbs cəzası istənib. H.R.Ö-yə qarşı “zəncirləməklə cinsi təcavüz” etdiyini boynuna alan Tarık Bektaşa 25 ilədək həbs cəzası istənib.

İttiham olunan şəxslər isə onlara iftira atıldığını bildiriblər. Dərslərdə təxminən 30-40 şagird olduğunu əsas gətirərək belə bir şeyin mümkün olmadığını bildiriblər. Lakin ilk məhkəmə iclasında iddiaları rədd edən hər üç şübhəli həbs olunub.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar