Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat generalın qohumunun qətlindən danışdı: "Oğlum stressdədir"

Tarix: 04-09-2019 13:14     Baxış: 6170 A- / A+
Deputat generalın qohumunun qətlindən danışdı: "Oğlum stressdədir"


Bu yaxınlarda Bakının Şərifzadə küçəsində 1991-ci il təvəllüdlü Fərid Məmmədzadə ürək nahiyəsindən aldığı bıçaq zərbəsi nəticəsində həlak olub. Bu hadisədən sonra Fəridlə eyni məktəbdə oxumuş oğlum, dostları stressdədirlər.


Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun qaynı oğlu Fərid Məmmədzadənin qətlinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, oğlu Fəridin qətli ilə barışa bilmir:

"O, Fəridi məktəb illərindən tanıdığını, necə təmiz qəlbli, saf uşaq olduğunu təəssüf hissi ilə xatırlayır, bu itki ilə barışa bilmir. Hesab edirəm ki, istintaq orqanları hadisəni obyektiv şəkildə araşdıracaq, cinayətkarlar layiqli cəzalarını alacaqlar".

Bir neçə il öncə Milli Aviasiya Akademiyasının professoru Zimirxan müəllimin yeganə oğlu da təsadüfən qonşu qıza sataşan bir yaramaz tərəfindən bıçaqlanaraq öldürülmüşdü".

Millət vəkili qeyd edib ki, düşmənlə üz-üzə müharibədə yox, məhz belə hallarda övladının qətlə yetirilməsinin hər bir valideyn üçün nə qədər dözülməz olduğunu izah etməyə ehtiyac yoxdur:

"Bu hadisədən az müddət sonra, hələ gənc ikən Zimirxan müəllim də dərdə dözməyərək dünyasını dəyişdi".

Deputat qeyd edib ki, heç bir ciddi səbəb olmadan aqressiya, müxtəlif insanlar arasındakı dözümsüzlük, əsasız hegemonluq cəhdləri, paxıllıq, qısqanclıq, birinin digərini qəbul etməməsi, ictimai yerlərdə utanc hissini itirərək əxlaq normalarını pozma və s. hallar cəmiyyətimizi narahat edən məsələlərdir.

Xatırladaq ki, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar