Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Generalın qohumunu məmur oğlu öldürüb? - Yeni FAKT ORTAYA ÇIXDI

Tarix: 03-09-2019 15:32     Baxış: 3232 A- / A+
Generalın qohumunu məmur oğlu öldürüb? - Yeni FAKT ORTAYA ÇIXDI

Avqustun 31-də paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğlu 35 yaşlı Fərid Məmmədzadənin öldürülməsi ilə bağlı yeni fakt ortaya çıxıb.

Manevr.az xəbər verir ki, “Hürriyyət” qətli törədən şəxslərdən biri və hazırda şübhəli qismində saxlanılan C.Cavadlının Ağsunun keçmiş deputatı, Ərəstun Cavadovun Niyazi adlı qardaşının övladı olduğunu yazıb. Qəzet eyni zamanda Niyazi Cavadovun Ərəbmehdibəyli kəndinin bələdiyyə sədri olduğunu qeyd edib.

Sabiq millət vəkili, Mərkəzin Univermağın rəhbəri Ərəstun Cavadov axar.az-a açıqlamasında məlumatı təkzib etməyib. Belə ki, o, hadisədən xəbərsiz olduğunu bildirib:

“Bakıda deyildim, yeni qayıtmışam, heç nədən xəbərim yoxdur”.

Qeyd edək ki, hadisə maşına yol verməmək üstündə baş verib.

Məlumata görə, H.Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H.Babaverdiyev F.Məmmədzadəni bıçaqlayıb. Şübhəli bilinən Bakı şəhər sakini H.Babaverdiyevlə yanaşı, C.Cavadlı və R.Bünyatzadənin də saxlanıldığı bildirilir.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar