Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gədəbəydə qadını və oğlunu güllələyib evini yandırdılar - TƏFƏRRÜAT

Tarix: 02-09-2019 12:16     Baxış: 4164 A- / A+
Gədəbəydə qadını və oğlunu güllələyib evini yandırdılar - TƏFƏRRÜAT

Gədəbəydə baş vermiş silahlı insidentin təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus iki mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kv.m sahədə dam örtüyü yanıb.

Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdirilib.

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb.

Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar